Talisson Moreyra rəsmən "Zirə"də

 Talisson Moreyra rəsmən "Zirə"də

"Zirə" heyətinə daha bir legioner cəlb edib.

"Mediasport" xəbər verir ki, "qartallar" braziliyalı Talisson Moreyra Reys (Ktatau) ilə anlaşıblar.

25 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanılıb.

Cənubi amerikalı son olaraq Portuqaliyanın "Çaveş" klubunda çıxış edib.