Toral Bayramov Arda Turanlı "Şaxtyor"la matçda forma geyindi
Azərbaycan millisinin futbolçusu Toral Bayramov “Bursaspor”un heyətində növbəti matçına çıxıb.
"Mediasport" xəbər verir ki, Mustafa Erin rəhbərlik etdiyi "əjdahalar" Ukrayna çempionu “Şaxtyor”la qarşılaşıblar.
Bursa stadionunda baş tutan görüşdə hesab açılmayıb.
Bayramov ilk hissəni meydanda keçirib, fasilədən sonra əvəzlənib.
Qeyd edək ki, Toral Bayramov Türkiyə klubuna bu yay “Qarabağ”dan transfer edilib.


