"Qarabağ" İsveç klubunun 2 milyon dəyəri olan üzvü ilə danışıq aparır

 "Qarabağ" İsveç klubunun 2 milyon dəyəri olan üzvü ilə danışıq aparır

“Qarabağ” İsveçin “Myallbü” klubunun futbolçusu Abdullah İqballa danışıqlar aparır.

"Mediasport" xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, mərkəz müdafiəçisini Azərbaycan çempionu ilə yanaşı, Belçikanın “Gent” və Macarıstanın “Ferensvaroş” kollektivləri də transfer etmək istəyirlər.

Məlumata görə, Ağdam klubunun Çempionlar Liqasında oynaması pakistanlının seçiminə təsir edə bilər.

2022-ci ildən pakistan milli komandasında forma geyinən İqbalın transfer dəyəri 2 milyon avrodur. Onun "Myallbü" ilə anlaşması 2028-ci ilin dekabrına qədərdir.

Danimarka doğumlu müdafiəçi son mövsüm komandasının heyətində 20 oyun keçirib, 2 qol vurub.