Rəşad Nəbiyev cüdoçuların çıxışını yüksək qiymətləndirib
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında iştirak edən cüdoçularla görüşüb.
"Mediasport" xəbər verir ki, o, bu barədə rəsmi feysbuk hesabında paylaşım edib:
"Bakıda keçirilən cüdo üzrə dünya çempionatında iştirak edən cüdoçularımızla görüşdük.
İdmançılarımızın əldə etdikləri qələbələri yüksək qiymətləndirdiyimizi, onların əzmkarlığının, peşəkarlığının və əsl idman ruhunun ölkəmizin idman nüfuzunun yüksəldilməsinə mühüm töhfə verdiyini bildirdik.
Cüdoçularımıza gələcək yarışlarda yeni uğurlar və qələbələr arzuladıq!"
Xatırladaq ki, millimiz Bakıda keçirilən DÇ-də 7 medal qazanıb.
Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc mükafat əldə ediblər.

