Azərbaycan millisi Avropa çempionatında üçüncü yeri tutdu

 Azərbaycan millisi Avropa çempionatında üçüncü yeri tutdu

17 yaşadək oğlan boksçulardan ibarət Azərbaycan millisi Monteneqronun Budva şəhərində keçirilmiş Avropa çempionatında üçüncü yeri tutub.

Bu barədə "Mediasport"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Komandamız 1 qızıl, 2 gümüş və 2 bürünc medalla bu nəticəyə nail olub.

Millimiz oğlan və qızların ümumi komanda hesabında isə dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan boksçuları Avropa çempionatında ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc medala yiyələnib.

Məhəmmədəli İstamov (57 kq), Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.