Premyer Liqa: "Qarabağ" - "Sabah" oyununun biletləri satışa çıxarılır

Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyununun biletləri satışa çıxarılır.
"Mediasport" xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 19:00-dan etibarən iTicket.az-da onlayn əldə edə bilərlər.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat aralığında dəyişir.
Biletlər oyun günü də həm iTicket.az-da onlayn və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 19:00-da başlanacaq.