Turan Manafov mükafatlandırıldı

Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Kəpəz” klubunun futbolçusu Turan Manafov mükafatlandırılıb.
“Mediasport” xəbər verir ki, müdafiəçinin "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gəldikləri oyunda vurduğu birinci qol ən yaxşı seçilib.
Yanvar ayının ən yaxşı qolunun müəllifinə mükafat XXVI turun "Sumqayıt" - "Kəpəz" oyunundan əvvəl "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.