APL: "Turan Tovuz" rəsmən avrokuboklarda, "Neftçi"dən növbəti qələbə - YENİLƏNDİ

APL: "Turan Tovuz" rəsmən avrokuboklarda, "Neftçi"dən növbəti qələbə - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vurulub.

"Mediasport" xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.

Bürünc medallara iddialı "Turan Tovuz" evdə çempionatın autsayderi "Karvan-Yevlax"ı sınağa çəkib.

Minimal hesablı qələbə qazanan tovuzlular 3-cü pilləni qarantiləyərək 32 illik fasilədən sonra avrokuboklara vəsiqə qazanıblar.

"Neftçi" isə "Şamaxı"ya 3 cavabsız qol vurub.

Qalan iki turda "Turan Tovuz" uduzsa və "Neftçi" bütün görüşləri qalib başa vursa, xallar bərabərləşəcək, lakin PFL-in reqlamentinə əsasən, daha çox qələbə sayına görə avrokubok vəsiqəsi Kurban Berdiyevin komandasının payına düşəcək.

Bu tur "Karvan-Yevlax"ın da liqadan düşəcəyi təsmiləşib.

Xatırladaq ki, turun əvvəlki görüşlərində "İmişli" "Zirə" ilə (0:0), "Qəbələ" "Qarabağ"la (1:1) heç-heçə edib, "Sabah" "Kəpəz"ə (0:1), "Araz-Naxçıvan" "Sumqayıt"a (1:2) uduzub.

Azərbaycan Premyer Liqası. 31-ci tur


Turan Tovuz" - "Karvan-Yevlax" 1:0

Qol: Ayxan Hüseynov, 45+1.

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov

VAR: Elçin Məsiyev

AVAR: Namik Hüseynov

Tovuz şəhər stadionu

"Neftçi" - "Şamaxı" 3:0

Qollar: Emin Mahmudov, 1, İmad Fərəc, 47, Breno Almeyda, 83.

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov

VAR: Rəşad Əhmədov

AVAR: Müslüm Əliyev

"Palms Sports Arena"