"Üç xalı qazana bilmədiyimiz üçün məyusuq" - "Neftçi"nin hücumçusu

"Üç xalı qazana bilmədiyimiz üçün məyusuq" - "Neftçi"nin hücumçusu

“Qələbəyə və 3 xala layiq idik. Topa sahib olan, hücum edən tərəf biz idik.

"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Bassala Sambu deyib.

Azərbaycan Premyer Liqasının 26-cı turunun "Turan Tovuz"la görüşündə komandasının qolunu vuran forvard klub televiziyasına açıqlamasında rəqibdən daha üstün oynadıqlarını bildirib:

"Rəqibə irəli çıxmağa imkan vermirdik. Onlar üzərində üstünlük qurmağa çalışdıq. Sevinirəm ki, qol vurdum, amma bir tərəfdən üzülürəm ki, sonda diqqətsizlikdən qol buraxdıq. Rəqib 11 futbolçu ilə oynasaydı da, qarşılarını ala biləcəkdik. Sonda üç xalı qazana bilmədiyimiz üçün məyusuq”.

Qeyd edək ki, qarşılaşma heç-heçə bitib - 1:1.