UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vuruldu

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vuruldu

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulub.

"Mediasport" xəbər verir ki, bununla da bütün 1/8 finalçıların adları müəyyənləşib.

Erkən finalın "ikinci pərdəsi" Madriddə reallaşıb və "kral klubu" "şəhərlilər"i bu dəfə də məğlub edib.

"Fransa derbisi"ndə PSJ ötən həftə 3 cavabsız qol vurduğu "Brest"in daşını daş üstdə qoymayıb.

PSV - "Yuventus" duelində isə qalib əlavə vaxtda məlum olub.

Qeyd edək ki, raundun 4 matçı dünən baş tutub - "Feyenoord", "Brügge", "Bavariya" və "Benfika" raundu adlayıblar.

Digər 8 kollektiv (“Liverpul”, “Barselona”, “Arsenal”, “İnter”, “Atletiko”, “Bayer”, “Lill” və “Aston Villa”) isə 1/8 final vəsiqəni əsas mərhələdə təmin edib.


UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab oyunları


"Borussiya" (Dortmund, Almaniya) - "Sportinq" (Portuqaliya) 0:0 İlk oyun - 3:0

PSJ (Fransa) - "Brest" (Fransa) 7:0 İlk oyun - 3:0

"Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə) 3:1 İlk oyun - 3:2

PSV (Niderland) - "Yuventus" (İtaliya) 2:1 İlk oyun - 1:2 (əlavə vaxt 1:0)