Elit yığma komandamızın üzvü Çində bürünc medal qazandı
Şose velosipedi üzrə qadınlardan ibarət Elit yığmamızın üzvü Viktoriya Sidorenko Çinin “Pardus" komandasının heyətində “Xinjiang Production and Construction Corps” beynəlxalq turnirində uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, 2 günlük yarışın birinci mərhələsində bütün rəqiblərini qabaqlayan təmsilçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Sidorenko ümumi təsnifatda 1-ci yeri tutub.
Qeyd edək ki, Viktoriya Sidorenko Çin komandasının heyətində cari ilin 2-7 oktyabr tarixlərində Sloveniyada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlaşır.


