Azərbaycanın üçqat dünya çempionuna 8 il həbs verildi
Azərbaycan Kikboksinq və Sambo Federasiyasının döyüş sambosu üzrə sabiq vitse-prezidenti Səbuhi Rəcəb və Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.
"Mediasport" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Yekun qərar əsasən, Səbuhi Rəcəbin əvvəlki cəzası hesablanmaqla ona 8 il 2 ay müdətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Elman Mirzəyevə isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub.
Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onlar ümumilikdə 1 milyon manatlıq dələduzluqda ittiham edilib.


