Gənclər və idman naziri Bakıda Hakuho Şo ilə görüş keçirdi

 Gənclər və idman naziri Bakıda Hakuho Şo ilə görüş keçirdi

Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Sumo Federasiyasının prezidenti Hakuho Şo ilə görüşüb.

"Bu barədə "Mediasport"a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycanda sumonun inkişaf perspektivləri, beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də bu idman növünün ölkəmizdə təşviqi və populyarlığının artırılması məsələləri müzakirə olunub.

Hakuho Şo sumo üzrə dünya çempionatının Azərbaycanda yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.