"Xankəndi" ilk transferini açıqladı

"Xankəndi" ilk transferini açıqladı

2024-25 mövsümünə hazırlığını davam etdirən "Xankəndi" ilk transferini açıqlayıb.

"Mediasport" xəbər verir ki, Qarabağ klubu hücumçu Bəhruz Teymurovla 2025-26 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

31 yaşlı hücumçu karyerası ərzində "Xəzər Lənkəran", "Şəmkir", MOİK, "Qaradağ Lökbatan", "Zaqatala", "Kəpəz", "Şamaxı" kimi klublarda çıxış edib.

Bəhruzun sonuncu iş yeri "Karvan-Yevlax" klubu olub. Teymurov Azərbaycanın U-19 millisində də çıxış edib.

Xatırladaq ki, komanda yeni mövsümdə Azərbaycan 2-ci Liqasında mübarizə aparacaq.