Portuqaliya Futbol federasiyası Ronaldonun cəzasını açıqladı
Portuqaliya Futbol Federasiyası milli komandanın kapitanı Kriştiano Ronaldonun cəzasını açıqlayıb.
"Mediasport" xəbər verir ki, qurum 41 yaşlı hücumçuya 1 aylıq komandadan kənarlaşdırılma sanksiyası tətbiq edib.
Superulduz həmçinin yığmanın düşərgəsini icazəsiz tərk etdiyi üçün 255 avro məbləğində cərimə ödəyəcək.
Forvard bir müddət əvvəl verdiyi açıqlamada milli karyerasını başa vurmadığını və veriləcək cəzaya razı olduğunu açıqlamışdı.

