Bölgə klubunun futbolçusu 4 oyunluq diskvalifikasiya edildi

AFFA İntizam Komitəsi 2-ci Liqada yarışan “Hypers Guba”nın futbolçusu İbrahim Nağıyevə ağır cəza verib.
"Mediasport" xəbər verir ki, buna futbolçunun 24-cü turun “Kür-Araz”la səfər matçında yol verdiyi intizamsızlığı səbəb olub.
67-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan Nağıyev 4 oyunluq diskvalifikasiya edilib.
Quba klubu 300 manat da cərimə ödəyəcək.