Olimpiyaçılarımızın medalları dəyişdirildi və Bakıya göndərilir

Olimpiyaçılarımızın medalları dəyişdirildi və Bakıya göndərilir

Paris-2024 Yay Olimpiya Oyunlarından sonra aşınmaya məruz qalmış Azərbaycan idmançılarının medalları yenisi ilə əvəz edilib.

"Mediasport" xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinə (MOK) Beynəlxalq Olimpiya Komitəsindən (BOK) bildirilib.

Taekvondoçumuz Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçimiz Həsrət Cəfərovun bürünc medalları yenisi ilə dəyişdirilib.

Medallar martın 20-dək Milli Olimpiya Komitəsinə göndəriləcək.