Mahir Emreli polşalıların pley-offa çıxmasında iştirakçı oldu - VİDEO
Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin "Rakuv"un (Polşa) heyətində UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib.
"Mediasport" xəbər verir ki, yığmamızın üzvü 3-cü təsnifat mərhələsinin "Hammarbü" ilə İsveç səfərində meydana çıxıb.
Matç polşalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Emreli 73 dəqiqə meydanda olub, sarı vərəqə ilə "fərqlənib".


