Yığmamız yarımfinala yüksəldi

 Yığmamız yarımfinala yüksəldi

Azərbaycan İdman Akademiyasının (ASA) futzal komandası İtaliyanın Salerno şəhərində keçirilən Avropa Universitet Oyunlarında uğurla çıxış edir.

"Mediasport" xəbər verir ki, kollektiv 1/4 final mərhələsində Portuqaliya yığmasını da mübarizədən kənarlaşdıraraq (3:1) yarımfinalına vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə həyata keçirilir.