Avropa çempionatı: Azərbaycan millisi səfərdə Yunanıstana uduzdu

Avropa çempionatı: Azərbaycan millisi səfərdə Yunanıstana uduzdu

Futzal üzrə Azərbaycan millisi AVRO-2026-nın əsas mərhələsində növbəti matçına çıxıb.

"Mediasport" xəbər verir ki, millimiz Afinada Yunanıstan seçməsi ilə qarşılaşıb.

Komandamız Bakıda 2:2 hesablı heç-heçə etdiyi rəqibinə bu dəfə uduzub.

Yığma 5 turdan sonra 2 xalla qrupda üçüncü pillədə qərarlaşıb.

Vitali Borisovun rəhbərlik etdiyi kollektiv aprelin 11-də səfərdə İsveç, 15-də Bakıda Xorvatiya futzalçıları ilə üz-üzə gələcək.


AVRO-2026. Əsas mərhələ. 5-ci tur


Yunanıstan - Azərbaycan 3:2

Qollar: Alexandros Adamopoulos, 2:11, Spyridon Papakostas, 30:39, Marios Ntatis, 39:56 // Kənan Manafov, 32:39, 39:38.

Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov (hamısı Bolqarıstan)

Hakim-inspektor: Sven Eyhler (Almaniya)

UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus)

Yunanıstan, Afina. DAİS Sports Hall.