Azərbaycanın daha bir güləşçisi Afinada dünya çempionu oldu!

 Azərbaycanın daha bir güləşçisi Afinada dünya çempionu oldu!

Azərbaycanın daha bir güləşçisi Yunanıstanın paytaxtı Afinada keçirilən güləş üzrə U-17 dünya çempionatında qızıl medal qazanıb.

"Mediasport" xəbər verir ki, bu dəfə dövlət himnimiz sərbəst güləşçilərin mübarizəsi sonrası səsləndirilib.

65 kq çəki dərəcəsində yarışdan Hüseyn İsmayılov bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

110 kq-da Hakim Tağıyev mundialın bürünc mükafatına sahib çıxıb.

Xatırladaq ki, daha əvəvl yunan-Roma millimizin heyətində Əli Nəzərov (60 kq) dünya çempionu adını qazanmışdı.