25-ci turun oyun proqramı açıqlandı: İki gün, eyni saatda

25-ci turun oyun proqramı açıqlandı: İki gün, eyni saatda

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 25-ci turun oyun proqramı açıqlanıb.

"Mediasport" xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq.

Matçlar eyni saatda - 17:00-da başlanacaq.


Azərbaycan 1-ci Liqası. 25-ci tur


8 may (cümə axşamı)

“Qəbələ” - “Cəbrayıl”

Qəbələ şəhər stadionu

“Baku Sportinq” - “Difai”

Binə qəsəbə stadionu


9 may (cümə)

“Qaradağ Lökbatan” - MOİK

Lökbatan OİK stadionu

“Zaqatala” - “Karvan”

Zaqatala OİK stadionu

“Mingəçevir” - “İmişli”

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)