Azərbaycan millisinin üzvü 1-ci Liqa klubu ilə müqavilə bağladı

Azərbaycan millisinin üzvü 1-ci Liqa klubu ilə müqavilə bağladı

Futbol üzrə Azərbaycan 1-ci Liqa təmsilçisi "Şahdağ Qusar" heyətini daha bir futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, şimal klubu Fəxri Məmmədli ilə müqavilə bağlayıb.

20 yaşlı sol cinah futbolçusu ilə anlaşma 1 illik nəzərdə tutulub.

U-21 milli komandamızın üzvü son mövsümü "Səbail"də keçirib.

Qusar təmsilçisi onadək Elməddin Sultanov, Urfan İsmayılov və Rafil Qafarovu transfer edib.