AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verdi

 AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi Regon Liqasında mübarizə aparan iki komandaya texniki məğlubiyyət verib.

"Mediasport" xəbər verir ki, "Ağsu Siti" və "Lokomotiv Bakı" kollektivləri Əsasnaməni pozduqları üçün cəza alıblar.

Dekabrın 6-da AFFA Region Liqasında keçirilməli olan "Ağsu Siti" - "Olimpik Sabirabad" oyunu birincilərin təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

"Lokomotiv Bakı" - "Kristal" matçı isə ev sahibi komanda tərəfindən təhlükəsizlik (polis) təmin edilmədiyinə görə keçirilməyib. Bu səbəbdən də "dəmiryolçular" 0:3 hesablı texniki məğlubiyyətlə üzləşiblər.