Hakimləri söyən "Lənkəran"lı futbolçunun cəzası azaldıldı
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Region Liqasında mübarizə aparan “Lənkəran”ın futbolçusu Səlim Alıyevlə bağlı şikayətini araşdırıb.
"Mediasport" xəbər verir ki, qurum klubun şikayəti qismən təmin edib.
Dekabrın 7-də “Zəfər 44” komandası ilə qarşılaşmada hakimlər briqadasını təhqir edən futbolçuya 4 matçlıq cəza verilmişdi.
Apellyasiya Arbitraj Tribunalı isə cəzanı 3 oyuna endirib.
