AFFA-dan stadionuna ərzaq buraxılmayan "Sabah"a xəbərdarlıq
AFFA İntizam Komitəsi "Sabah" klubuna xəbərdarlıq edib.
"Mediasport" xəbər verir ki, buna XII turda "Şamaxı" ilə oyunda tamaşaçılar tərəfindən gətirilmiş və qadağan olunmamış əşyaların arenaya buraxılmaması səbəb olub.
Xatırladaq ki, azarkeşlər stadiona su və qida məhsulları gətirsələr də, giriş qapısından içəri buraxılmayıb.
