Şəhid Vüqar Yusifovun xatirəsinə həsr olunan turnir keçiriləcək

 Şəhid Vüqar Yusifovun xatirəsinə həsr olunan turnir keçiriləcək

Şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunan güləş üzrə Açıq Sumqayıt turniri keçiriləcək.

Bu barədə "Mediasport"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

U-17 yaş qrupunun idmançıları yunan-Roma və sərbəst güləş üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Yarış 21-22 noyabrda Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq.