UEFA Millətlər Liqasında ilk pley-off oyunları bu gün keçiriləcək

UEFA Millətlər Liqasında ilk pley-off oyunları bu gün keçiriləcək

Bu gün UEFA Millətlər Liqasında ilk pley-off oyunları keçiriləcək.

"Mediasport" xəbər verir ki, bununla C və D Divizionlarında son iki iştirakçı müəyyənləşəcək.

Latviya millisi Cəbəllütariqlə, Lüksemburq yığması isə Malta ilə üz-üzə gələcək.

Hər iki matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab qarşılaşmaları martın 31-də baş tutacaq.

Xatırladaq ki, bu cütlərin qalibi yeni mövsümdən C Liqasında, məğlubu isə D Liqasında yarışacaq.