AVRO-2026: Azərbaycan millisi Bakıda Xorvatiya yığmasına qarşı

AVRO-2026: Azərbaycan millisi Bakıda Xorvatiya yığmasına qarşı

Futzal üzrə Azərbaycan milli komandası bu gün AVRO-2026-nın əsas qrup mərhələsində son oyununu keçirəcək.

"Mediasport" xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv 5-ci qrupun 6-cı turu çərçivəsində Bakıda Xorvatiya seçməsi ilə qarşılaşacaq.

Yığmamız üçün formal xarakter daşıyan matçda rəqibimiz qrup lideridir.

"Damalılar"ın aktivində 15 xal var. Yunanıstan 7 xalla ikinci, İsveç 4 xalla üçüncü, Azərbaycan isə 2 xalla sonuncu pillədə qərarlaşıb.

Komandamız qrupda Bakıda Yunanıstan (2:2) və İsveç (3:3) milliləri ilə heç-heçə edib.


AVRO-2026. Əsas mərhələ. 5-ci qrup. 6-cı tur


20:00 Azərbaycan - Xorvatiya

Hakimlər: Yianqos Yianqu, Nikolas Nikolau, Teoçaris Teoçarus (Hakimlər briqadası Kiprdəndir)

Hakim-inspektor: Gergyi Bitri (Malta)

UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)

Bakı İdman Sarayı.