İdman Akademiyasının futzal komandası Avropa çempionu oldu

Azərbaycan İdman Akademiyasının futzal komandası Xorvatiyanın Zaqreb şəhərində keçirilən universitetlərarası Avropa çempionatının qalibi olub.
"Mediasport" xəbər verir ki, komandamız finalda İspaniyanın Valensiya Universiteti ilə qarşılaşıb.
Matç futzalçılarımızın inamlı qələbəsilə yekunlaşıb - 7:2.
Oyundan sonra təltifetmə mərasimində komandamızın üzvlərinə kubok və medallar təqdim olunub.