"Neftçi" son çempionu məğlub edərək liqada vahid lider oldu

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 5-ci turun oyunları keçirilib.
"Mediasport" xəbər verir ki, tur vahid liderin müəyyənləşməsi ilə əlamətdar olub.
Paytaxt klubu son çempion "Araz-Naxçıvan"la prinsipial dueldən qalib ayrılıb - 5:4.
Medallara digər iddialı "Baku Fire" "Şuşa"nı (4:2), U-19 isə "Lənkəran"ı məğlub edib (6:5).
1 | Neftçi İK | 5 | 4 | 1 | 0 | 47 | 11 | 36 | 13 |
2 | Baku Fire | 5 | 3 | 2 | 0 | 22 | 9 | 13 | 11 |
3 | Araz-Naxçıvan | 5 | 3 | 1 | 1 | 41 | 10 | 31 | 10 |
4 | Şuşa | 5 | 2 | 0 | 3 | 20 | 33 | -13 | 6 |
5 | U-19 | 5 | 1 | 0 | 4 | 14 | 46 | -32 | 3 |
6 | Lənkəran | 5 | 0 | 0 | 5 | 12 | 47 | -35 | 0 |