"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında 1/8 finala yüksəldi
"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.
"Mediasport" xəbər verir ki, Yebgeni Kukseviçin rəhbərlik etdiyi kollektiv buna 7-ci qrupda son oyunda qələbə qazanmaqla nail olub.
İlk iki görüşdə 4 xal toplayan təmsilçimiz Niderland çempionu "Taygers Rormond"u 3:2 hesabı ilə məğlub etməklə 1/8 finala qrup lideri kimi vəsiqə qazanıb.
Bu mərhələnin püşkü noyabrın 6-da, oyunlar noyabrın 24-də və dekabrın 5-də keçiriləcək.
Xatırladaq ki, "Araz-Naxçıvan" qrupda ilk dueldə yarışın təşkilatçısı Rumıniyanın "Yunayted Qalati" klubuna qalib gəlib (2:1), Lüksemburq çempionu "Differdanj" ilə bərabərə qalıb (2:2).
