Avropa çempionatı: Azərbaycan millisi Yunanıstan yığmasına qarşı

Futzal üzrə Azərbaycan millisi bu gün AVRO-2026-nın əsas mərhələsində növbəti matçına çıxacaq.
"Mediasport" xəbər verir ki, millimiz Afinada Yunanıstan seçməsi ilə qarşılaşacaq.
Vitali Borisovun baş məşqçisi olduğu kollektiv bu komanda ilə ötən tur Bakıda 2:2-lik heç-heçə edib.
Millimiz 4 turdan sonra 2 xalla qrupda üçüncü pillədə qərarlaşıb.
Lider Xorvatiyanın 9, ikinci olan Yunanıstanın 4 xalı var, İsveç yığması 1 xalla sonuncudur.
AVRO-2026. Əsas mərhələ. 5-ci tur
21:00. Yunanıstan - Azərbaycan
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov (hamısı Bolqarıstan)
Hakim-inspektor: Sven Eyhler (Almaniya)
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus)
Yunanıstan, Afina. DAİS Sports Hall.