Azərbaycanın bir boksçusu Macarıstan turnirinin qalibi oldu

Azərbaycanın bir boksçusu Macarıstan turnirinin qalibi oldu

Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə üç medal qazanıblar.

"Mediasport" xəbər verir ki, 60 kq çəkidə yarışan Məhəmmədəli Qasımzadə bütün rəqiblərindən güclü olub.

İdmnaçımız finalda macarıstanlı Kruzito Kovaçı məğlub edib - 4:1 (30:27, 28:29, 29:26, 29:28, 29:28).

Tural Sarıyevlə (50 kq) və Əli Abdullayev (65 kq) isə turniri gümüş medalla başa vurublar.