3 qız boksçumuz finalda, daha 9 oğlan boksçumuz yarımfinalda

3 qız boksçumuz finalda, daha 9 oğlan boksçumuz yarımfinalda

Bakıda yeniyetmə boksçular arasında keçirilən “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinin dördüncü günündə oğlanlar arasında 1/4, qızlarda 1/2 final mərhələsinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin daha 9 oğlan boksçusu günü qələbə ilə başa vuraraq, adını yarımfinala yazdırıb.

Qızlardan ibarət yığmamızın isə daha 3 idmançısı finala vəsiqə qazanıb.

Bakı Boks Mərkəzində keçirilən turnirin beşinci günündə oğlanlar arasında yarımfinal görüşləri baş tutacaq.

Qeyd edək ki, 8 ölkənin qatıldığı yarışa mayın 21-də yekun vurulacaq.


Oğlanlar. 1/4 final


48 kq

Ayxan Həsənov (Azərbaycan) – Əli Əliyev (Azərbaycan) – 1:4 (28:29, 28:29, 30:27, 28:29, 28:29)

52 kq

Əli Camalzadə (Azərbaycan) – Andrija Nikitoviç (Monteneqro) – 4:1 (30:27, 30:27, 29:28, 30:27, 28:29)

54 kq

Miryan Voloşin (Gürcüstan) – İbrahim Bədəlli (Azərbaycan) – 0:5 (27:29, 27:29, 27:29, 27:29, 27:29)

Sadiq Musayev (Azərbaycan) – Beka Okruaşvili (Gürcüstan) – 5:0 (29:28, 29:28, 30:27, 29:28, 29:28)

57 kq

Ulas Alimjan (Qazaxıstan) – Yusif Həsənli – 2:3 (29:28, 28:29, 27:30, 30:27, 27:30)

Nikolos Xizanişvili (Gürcüstan) – Əflatun İsmiyev (Azərbaycan) – 2:3 (29:28, 28:29, 30:27, 28:29, 28:29)

75 kq

İsmayıl Məmmədov (Azərbaycan) – Nicat İmanov (Azərbaycan) – 0:5 (26:30, 26:30, 26:30, 26:30, 26:30)

Hüseyn Vahabov (Azərbaycan) – Turqay Abbasov (Azərbaycan) – 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27)

+80 kq

Həsən Akpinar (Gürcüstan) – Səftər Məmmədzadə (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib


Qızlar. 1/2 final


46 kq

Aylin Nəzərova (Azərbaycan) – Aleksandra Kustikova (Belarus) – 4:1 (30:27, 30:27, 30:27, 29:28, 28:29)

Milana Belyankina (Belarus) – Nurgül Ocaqova (Azərbaycan) – 0:5 (25:30, 26:30, 27:29, 27:29, 26:30)

50 kq

Akerke Serdali (Qazaxıstan) – Əminə Tağı (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib