Azərbaycan idmançısı Estoniyada Avropa Kubokunun qalibi oldu

 Azərbaycan idmançısı Estoniyada Avropa Kubokunun qalibi oldu

Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən nüfuzlu “Lapua” Avropa Kuboku yarışı keçirilib.

"Mediasport" xəbər verir ki, turnirdə Azərbaycan təmsilçisi atıcısı Ruslan Lunyov uğurla çıxış edib.

O, 25 metr məsafəyə atəş üzrə ardıcıl və dəqiq atışlarda 574 xal (14x) toplayaraq qızıl medal qazanıb.