"Araz-Naxçıvan"ın UÇL-də oyunlarının təqvimi müəyyənləşdi

 "Araz-Naxçıvan"ın UÇL-də oyunlarının təqvimi müəyyənləşdi

UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlanıb.

Bu barədə "Mediasport"a Azərbaycan Futzal Federasiyasından bildirilib.

Naxçıvan təmsilçisi oktyabrın 27-də Macarıstanın "Uype.t", ertəsi gün Bosniya və Herseqovinanın "Buba Mara" komandaları ilə qarşılaşacaq.

"Qırmızı-ağlar" qrupda son görüşünü oktyabrın 30-da "Piast"a (Polşa) qarşı keçirəcək.

Qeyd edək ki, V qrupun oyunları Polşanın Qlivice şəhərindəki "Prezero Arena"da keçiriləcək.

Qarşılaşmaların başlama saatı hələ açıqlanmayıb.