Millimizin daha iki gənc üzvü Polşa klubunda oynayacaq?

Millimizin daha iki gənc üzvü Polşa klubunda oynayacaq?

Azərbaycan milli komandasının iki futbolçusu Polşanın "Rakuv" klubuna təklif edilib.

"Mediasport" xəbər verir ki, söhbət Oruc Məmmədov və Abdulla Xaybulayevdən gedir.

Yığmamızın baş məşqçisi Ayxan Abbasov və komandanın direktoru İlqar Qurbanov bu yaxınlarda Polşaya səfəri zamanı Çenstoxova klubunun rəhbərliyi ilə görüşüb, fikir mübadiləsi aparıblar.

Mahir Emrelinin perfomansından razı olan "Rakuv" rəhbərliyi qonaqlara bildirib ki, istedadlı gəncləri təklif edə bilərlər.

İlkin olaraq Orucla Abdullanın namizədliyi irəli sürülüb - qarşı tərəf bu futbolçularla ciddi maraqlanacaqlarını vurğulayıb.