Cəlal Rumıniyada növbəti matçını keçirdi, komandası 3 xala sevindi
Futbol üzrə Rumıniya Superliqasında 4-cü tur start götürüb.
"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun heyətinə qoşulduğu “Petrolul” evdə “Otelul”la qarşılaşıb.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Cəlal meydana 75-ci dəqiqədə daxil olub.
“Petrolul” 6 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


