Milli komandamızın futbolçusu Niderlandda səfər qələbəsi qazandı

Milli komandamızın futbolçusu Niderlandda səfər qələbəsi qazandı

Futbol üzrə Niderland Yüksək Liqasında (Erediviziya) 22-ci turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcünün formasını geyindiyi "Volendam" Zvolle səfərində PEK-lə qarşılaşıb.

Görüş yarımmüdafiəçinin komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.

Ozan 79 dəqiqə meydanda olub.

“Volendam” hazırda 21 xalla 18 komandalı liqanın turnir cədvəlində 15-cidir.