Azərbaycanın 60 boksçusu “Heydər Əliyev Kuboku-2025”də

Azərbaycanın 60 boksçusu “Heydər Əliyev Kuboku-2025”də

Sabah Bakıda yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turniri start götürəcək.

"Mediasport" xəbər verir ki, Bakı Boks Mərkəzində keçiriləcək ənənəvi yarışda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Monteneqro, Rusiya, Belarus, Türkiyə və Gürcüstan yığmaları iştirak edəcəklər.

200-dən çox boksçunun qatılacağı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

“Heydər Əliyev Kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.

Azərbaycanı yarışda baş məşqçisi Vaqif Kazımovun rəhbərliyində 60 boksçu təmsil edəcək.

Anar Babanlı turnirin baş hakimi funksiyasını yerinə yetirəcək.