Azərbaycan yığmasının baş məşqçisi "Sabahın ulduzları"nda

 Azərbaycan yığmasının baş məşqçisi "Sabahın ulduzları"nda

Futbol üzrə Azərbaycan U-19 milli komandanın baş məşqçisi Elgiz Kərəmli Bayıl stadionunda olub.

"Mediasport" xəbər verir ki, mütəxəssis Bakı Futbol Akademiyasının prezidenti Tahir Süleymanov və yarışların baş sponsoru, “Alpex” şirkətinin rəhbəri Sərdar Salmanzadə ilə birlikdə “Sabahın ulduzları” yarışını izləyib.

Daha sonra onlar yarışların təşkili, mövcud şərait, uşaq futbolunun gələcəyi barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Elgiz Kərəmli bugünlərdə Gürcüstana səfər edərək paytaxt Tbilisidə "Qarabağ"ın U-19 və U-15 komandalarının yerli "Dinamo" ilə yoxlama matçlarına baxıb.