Azərbaycanın iki cüdoçusu Avropa çempionatında finala yüksəldi
Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında U-21 Avropa çempionatı start götürüb.
"Mediasport" xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin 7 üzvü mübarizə aparıb.
Ayxan Mirzəzadə (60 kiloqram) və Məhəmməd Musayev (66 kiloqram) uğurla addımlayaraq finala çıxıblar.
Xədicə Qadaşova (57 kiloqram) bürünc medal uğrunda təsəlliverici görüşə vəsiqə qazanıb.
Nərgiz Əhmədova, Gülyaz Musayeva (hər ikisi 48 kiloqram), Aysun Məmmədova (52 kiloqram) və Aytən Verdiyeva (57 kiloqram) isə ümidləri doğrultmayıblar.
Sentyabrın 5-dək davam edəcək qitə birinciliyində 44 ölkədən 400 cüdoçu (222 oğlan, 178 qız) yarışacaq.
Azərbaycan komandası səfərə 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə yollanıb.


