Azərbaycan cüdoçuları Avropa Kubokuna 3 medalla başladılar

Azərbaycanın yeniyetmə cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən Avropa Kubokuna uğurla başlayıblar.
"Mediasport" xəbər verir ki, təmsilçilərimiz yarışın ilk günnüdə 3 medal qazanıblar.
Qızların mübarizəsində 48 kq çəki dərəcəsində Könül Eyvazlı gümüş, Leyla Ələkbərova bürünc medala yiyələnib.
Oğlanların yarışında isə 60 kq-da Röyal Qayıbov bürünc medal əldə edib.
Turnirdə 24 ölkədən 448 cüdoçu mübarizə aparır.