46 ölkənin komandası Bakıdakı dünya çempionatı heyətini açıqladı
Oktyabrın 4-dən 11-dək Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında iştirak edəcək 46 ölkə heyətini açıqlayıb.
"Mediasport" xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının (IJF) mətbuat xidməti məlumat yayıb.
Hazırda mundialda iştirakı dəqiq olan cüdoçuların sayı 306 nəfərdir. Onlardan 166-sı kişi, 140-ı isə qadın idmançıdır.
Bu həftənin sonunadək dünya çempionatında iştirak edəcək bütün ölkələrin ən azı ilkin heyətlərini açıqlaması gözlənilir.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında təşkil olunacaq.

