Millimizin baş məşqçisi: "Əsas hədəfimiz İslam Oyunlarıdır"

Millimizin baş məşqçisi: "Əsas hədəfimiz İslam Oyunlarıdır"

"Dünya çempionatından sonra geniş hazırlıq mərhələsini yekunlaşdırdıq və idmançılar üçün istirahət vacib idi. İndi isə uzun yay dövründə formaya qayıtmaq üçün ən uyğun məkan Quba oldu. Bakıda hava çox istidir".

"Mediasport" xəbər verir ki, bu sözləri cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Riçart Trautman federasiyanın mətbuat xidmətinə müsahibəsində deyib.

Mütəxəssis Qubada təşkil edilən təlim-məşq toplanışı dəyərləndirib və hava şəraitinin yaxşı olduğu üçün toplanışın faydalı olduğundan söz açıb.

Trautman məşq prosesində əsas diqqəti fiziki hazırlığa yönəltdiklərini bildirib. Baş məşqçinin fikirlərinə görə, milli komandanın əsas hədəfi İslam Oyunlarına hazırlıq prosesinin gerçəkləşməsidir.