"Qarabağ"ın oyunçuları Çempionlar Liqasında fərqlənənlər sırasında

"Qarabağ"ın oyunçuları Çempionlar Liqasında fərqlənənlər sırasında

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra bəzi statistik göstəricilər açıqlanıb.

"Mediasport" xəbər verir ki, "Qarabağ"ın üzvləri bəzi göstəriciləri ilə diqqət çəkib.

Ağdam klubunun qapıçısı Mateuş Koxalski turnirin ən çox seyv edən oyunçularından biridir. Polşalı aktivindəki 45 seyvlə dördüncü pillədə qərarlaşıb.

"Atlılar"ın müdafiəçisi Kevin Medina topu geri qazanma göstəricisinə görə (74) 2-ci yeri tutub.

Vinger Kamilo Duran 5 qolla 8 futbolçu ilə birlikdə bombardirlər siyahısında 8-16-cı yerləri bolüşdürür.