Cəlal Hüseynov Bolqarıstanda növbəti qələbəni bayram etdi

Azərbaycan milli komandasının futbolçusu Cəlal Hüseynov Bolqarıstanda növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, yığmamızın üzvünün formasını geyindiyi "Arda" Yüksək Liqanın 8-ci turu çərçivəsində ÇSKA-nı qəbul edib.
Cəlalın 90 dəqiqə meydanda olduğu qarşılaşma komandasının son dəqiqə qələbəsi ilə yekunlaşıb - 1:0.
Xallarının sayını 9-a çatdıran Krjali təmsilçisi 9 komandalı liqada turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.