"Bunu nə Portuqaliya, nə də Çexiya bacarmışdı" - Azərbaycan mili komandasının baş məşqçisi

"Bu çox çətin oyun idi. İlk növbədə, üç gündən bir oynamaq fiziki cəhətdən çox ağırdır, amma biz futbolçuları oyuna yaxşı tonusda gətirə bildik".
"Mediasport" xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov deyib.
Mütəxəssis AVRO-2027-nin Şotlandiya ilə Bakıda baş tutan matçından danışıb, 3:3 hesablı bərabərliyi şərh edib:
"Oyuna dair planımız işlədi - biz rəqibi yaxşı tanıyırdıq və bizi nə gözlədiyini bilirdik. Şotlandiyaya qarşı 3 qol vurduq, bunu nə Portuqaliya, nə də Çexiya bacarmışdı.
Təəssüf ki, bir qolu "rikoşet"dən, digərlərini isə standart vəziyyətlərdən buraxdıq. Sevinirəm ki, komanda Çexiyaya məğlubiyyətdən sonra düzgün reaksiya göstərdi, amma eyni zamanda çox məyusam, çünki qələbəni son dəqiqələrdə əldən verdik".
Qeyd edək ki, U-21 qrupda növbəti matçını noyabrın 18-də səfərdə Cəbəllütariq yığmasına qarşı keçirəcək.