Millimiz Qırğızıstanla üz-üzə
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununa çıxacaq.
"Mediasport" xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan yığmamız Qırğızıstanla görüşdə qüvvəsini sınayacaq.
Qarşılaşma saat 18:00-da start götürəcək.
Xatırladaq ki, komanda ilk yoxlama duelində Bəhreyni 3:0 məğlub edib.


